02 may 2024 09:27
205

Maşın 65 yaşlı kişini xəstəxanalıq etdi

Bakının Sabunçu rayonunda 65 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

“İki sahil” xəbər verir ki, 1959-cu il təvəllüdlü Şıxıyev Məhəbbət Qurban oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.