19 aprel 2024 11:43
135

Rusiya təşkilatları İranda normal fəaliyyət göstərir - Səfirlik

Rusiyanın Tehrandakı səfirliyi bildirib ki, İrandakı bütün təşkilatları normal fəaliyyət göstərir.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, müvafiq bəyanatı Rusiya diplomatik missiyasının Telegram kanalı yayıb.

Bundan əvvəl İsfahan üzərində PUA ilə bağlı məlumatlar ortaya çıxdı. Bununla bağlı səfirlik İrandakı ruslardan heç birinin xəsarət almadığına aydınlıq gətirib.

“Bütün Rusiya təşkilatları normal fəaliyyət göstərir. Rusiya vətəndaşlarına və həmvətənlərinə dəyən zərər barədə məlumat yoxdur”, - səfirlikdən bildiriblər.