02 may 2024 17:37
261

Ərdoğan Özəllə görüşdü - FOTOLAR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəllə görüşüb.

“İki sahil” “Sabah"a istinadla xəbər verir ki, görüş Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Baş Qərargahında keçirilir.

Danışıqlar mətbuata qapalı keçirilir.

Qeyd olunur ki, bu, hər iki partiyanın liderləri arasında 2016-cı ildən bu yana baş tutan ilk görüşdür.