20 aprel 2024 13:26
233

Dünya Bankının nümayəndəsi: Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən məmnunuq

“Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən məmnunuq”.

“İki sahil” xəbər verir ki, bu fikirləri COP29 nümayəndə heyətinin səfəri çərçivəsində aprelin 20-də Vaşinqtonda keçirilmiş “İqlim maliyyəsi üçün qlobal fəaliyyətin təmin edilməsi üzrə dialoq” mövzusunda tədbirdə iştirak edən Dünya Bankının İqlim Dəyişikliyi Qrupunun qlobal direktoru Cennifer Sara AZƏRTAC-ın ABŞ bürosuna açıqlamasında deyib.

“Bu ilki sammit iqlim maliyyələşməsinə həsr olunub və bu, çox vacib mövzudur. Biz Dünya Bankı olaraq digər inkişaf bankları ilə birlikdə ölkələrin iqlim məqsədlərini yerinə yetirə bilməsi üçün özəl, dövlət sektoru və digər mənbələrdən maliyyələşməni həyata keçirmək istiqamətində işləyirik”.