23 aprel 2024 12:45
202

UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşüb - FOTO

Milli Məclisin deputatı, UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Etibar Əliyev UNEC-in gənc tədqiqatçıları ilə görüşüb.

“İki sahil” xəbər verir ki, görüşdə Etibar Əliyev dünyada və Azərbaycanda elmin populyarlaşdırılmasının vəziyyəti, gənclərin elmə gəlməsində elmin populyarlaşdırılmasının rolu və əhəmiyyəti, Elmin Populyarlaşdırılması Mərkəzinin gördüyü və görülməsi nəzərdə tutulan işlər, eləcə də mərkəzin yaradılacaq saytı barədə maraqlı təqdimatla çıxış edib.

Görüşdə elmin populyarlaşdırılması ilə bağlı suallar da cavablandırılıb.