YAP Bərdə rayon təşkilatının kollektivi və fəalları Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə şəhid ailələrini ziyarət ediblər.
“İki sahil” xəbər verir ki, YAP rayon təşkilatının sədri Faqət Şadlinskaya başda olmaqla təşkilatın kollektivi, partiya fəalları - "Bərdə -Çörək"ASC-nın sədri Məhərrəm Şəfiyev ilə birlikdə bayram öncəsi şəhid ailələrində olmuş, şəhidlərimizin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Qaradəmirçi kəndində Asif Abışovun, Dəymədağıldı kəndində Elyaz Qarayevin, Qayalı kəndində Mirpaşa Mehtiyevin, Güloğlular kəndində Fəxri Qəribzadənin, şəhərdə Dövran Naibovun ailəsində olarkən igid şəhidlərin müharibədə göstərdikləri şücaətliklər barədə danışıblar.
Şəhid ailələri ölkə Prezidenti, Müzəffər Lider cənab İlham Əliyevə və ölkənin birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya dövlət səviyyəsində şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.