23 aprel 2024 14:28
174

Ceyhun Bayramov çexiyalı həmkarı ilə birgə mətbuat konfransında çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı Yan Lipavski (Jan Lipavsky) ilə birgə mətbuat konfransında çıxış edib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında paylaşım edilib.

Bildirilib ki, birgə mətbuat konfransı zamanı xarici işlər nazirləri Azərbaycan və Çexiyanın strateji tərəfdaşlığın bütün sahələrdə möhkəmlənməsinə sadiq olduqlarını vurğulayıblar.