23 aprel 2024 14:47
231

Ukraynanın 1991-ci il sərhədlərinə qayıtmaq planı reallıqdan uzaqdır - ABŞ mediası

Amerikalı ekspertlər Ukraynanın 1991-ci il dövlət sərhədlərinə qayıtmaq perspektivlərinə şübhə ilə yanaşırlar

“İki sahil” xəbər verir ki, bu haqda “The New York Times” məlumat yayıb.

“Sərhədlərə qayıtmaq real ssenari deyil. Ölkə daha kiçik olacaq, lakin ərazisinin böyük hissəsini saxlaya biləcək və sonra iqtisadi və strateji baxımdan Avropaya inteqrasiya edə biləcək”, - nəşr hesab edir.

NYT ekspertlərinin fikrincə, bir çox ekspertlər ölkənin Donbas və Krım üzərində nəzarəti hərbi yolla bərpa edə biləcəyinə şübhə ilə yanaşır.