23 aprel 2024 15:00
223

Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Petr Fiala ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi "X" hesabında məlumat verilib.

Bildirilib ki, tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri, COP29-la əlaqədar məsələlər və münaqişədən sonrakı regional dinamika müzakirə edilib.