24 aprel 2024 09:09
220

Cibuti sahillərində gəmi batıb: Ölənlər və itkin düşənlər var

Afrikanın şimal-şərqində Cibuti sahillərində gəminin batması nəticəsində azı 16 miqrant ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.

Məlumata görə, ümumilikdə gəminin göyərtəsində 77 nəfər olub. Axtarış və xilasetmə işləri davam edir. 26 nəfərin itkin düşdüyü bildirilir.

Qeyd edək ki, aprelin əvvəlində də Cibuti sahillərində gəminin batması nəticəsində 38 nəfər həlak olub. Ölənlərin hamısı Efiopiya vətəndaşıdır. Batan gəmi Afrika sahillərindən Yəmənə doğru hərəkət edirdi.