24 aprel 2024 17:20
625

Sabiq baş pediatr intihar edib, cinayət işi başlanıb - YENİLƏNİB/FOTO

Sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluq sabiq baş pediatr Nəsib Quliyevin ölümü ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən "İki sahil"ə bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Hadisənin baş vermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

***

Respublikanın sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyev özünü öldürüb.

“İki sahil” xəbər verir ki, hadisə Abşeron rayonu Goradil qəsəbəsində qeydə alınıb.

1951-ci il təvəllüdlü Nəsib Quliyev evində ov tüfəngi ilə özünü güllələyib.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb edilib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.