24 aprel 2024 15:43
198

Blinken Çində səfərdədir

ABŞ dövlət katibi Entoni Blinken Çində səfərdədir.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller "X" hesabında paylaşım edib.

Bildirilib ki, ABŞ dövlət katibi Çinə səfəri çərçivəsində ilk dayanacağı olan Şanxay şəhərindədir.

"Onun səfəri əsas məsələlərdə irəliləyiş əldə etmək və ikitərəfli, regional və qlobal problemləri həll etmək üçün davamlı səylərimizin bir hissəsidir", - Miller qeyd edib.