06 may 2024 02:41
239

İndoneziyada güclü zəlzələ olub

İndoneziyanın Qərbi Papua əyalətinin Fakfak bölgəsi sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələ ocağı yerin 12,1 kilometr dərinliyində qeydə alınıb.

İlkin məlumatlara görə, ölən və ya yaralanan yoxdur.