25 aprel 2024 09:04
176

Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır

Böyük Britaniya sanksiyalardan yayınmaq üçün mövcud hüquqi boşluqdan istifadə edərək, Rusiya neftini rekord həcmdə almağa davam edir.

“İki sahil” xəbər verir ki, bu barədə “The Guardian” yazıb.

Nəşr bildirib ki, rəsmi London 2023-cü ildə Hindistan, Çin və Türkiyədən emal olunmuş neftin idxalına 2,2 milyard funt sterlinq xərcləyib.

Belə ki, Rusiya nefti Böyük Britaniyaya ixrac edilməzdən əvvəl emal olunmaq üçün müttəfiq ölkələrə satılır. Nəticədə neft Rusiya istehsalı sayılmadığı üçün ticarət qadağasından yan keçə bilir.

Bu arada, Böyük Britaniya hökumətinin hesabatlarında göstərilib ki, Rusiyadan birbaşa neft idxalı 2022-ci ilin birinci rübündə 1,5 milyard funt-sterlinq təşkil etsə də, 2023-cü ildə bu rəqəm sıfır olub.

Qeyd olunub ki, Hindistan, Çin və Türkiyə Rusiya neftinin ən böyük alıcıları sırasındadır.