25 aprel 2024 11:27
542

"Rolex" 3,5 milyon dollara satıldı

Çox nadir tapılan “Rolex”in saat modeli rekord qiymətə 3,5 milyon dollara satıldı.

“İki sahil” xəbər verir ki, 1942-ci ildə cəmi 12 ədəd istehsal edilən və 9-nun mövcud olduğu bilinən “Rolex 4113” Monakoda keçirilən Monaco Legend Group hərracda bu model üçün rekord qiymət olan 3,3 milyon avroya (3,5 milyon dollar) satılıb.

Məlumat üçün bildirək ki, eyni model saat 2016-cı ildə Cenevrədə Phillips hərracında 2,6 milyon dollara satılıb.