25 aprel 2024 19:35
247

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb.

İki sahil “Kommersant”a istinadən xəbər verir ki, o, bunu texnoloji imkanlarla əlaqələndirib.

Dövlət başçısı qeyd edib ki, uğur texnoloji problemlərin həllinin sürəti və səmərəliliyi ilə mümkündür: “Rusiya bunun öhdəsindən gəlir”.

Ölkə liderinin sözlərinə görə, Rusiya bu sahədə inkişaf edir: “Süni intellektə əsaslanan texnologiyalar ölkədə inkişaf edən ən mühüm sahələrdən biridir. Dronların istehsalında belə texnologiyalardan istifadə olunur”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.