26 aprel 2024 08:18
195

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Şimali Koreya yeni hərbi zavodda istehsal edilmiş 240 millimetrlik yaylım atəşli reaktiv sistemi sınaqdan çıxarıb.

“İki sahil” xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb. Sınaq atışlarında ölkənin rəhbəri Kim Çen In da iştirak edib.