26 aprel 2024 08:49
218

Füzuliyə qayıdan sakin: Şükürlər olsun ki, uzun illərin həsrəti sona çatdı

Füzulidən çıxanda 32 yaşım var idi, 64 yaşında doğma torpağıma qayıdıram.

“İki sahil” xəbər verir ki, bunu Füzuliyə qayıdan sakin Mehdiyeva Solmaz deyib.

O qeyd edib ki, doğma torpağına qayıtmaq üçün uzun illər həsrətlə gözləyib. “Mənim üçün çox gözəl bir gündür. Bizim üçün gözəl evlər tikiblər, hər cür şərait yaradıblar. Şükürlər olsun ki, uzun illərin həsrəti sona çatdı. Bu günü yaşadığım üçün cənab Prezident İlham Əliyevə və ordumuza minnətdaram”, - deyə o əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bu gün Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 26-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 140 nəfər köçürülüb.