26 aprel 2024 11:18
216

İrəvanda bağlı küçə yoxdur

Aprelin 26-sı saat 10:00-a olan məlumata görə, İrəvanda bağlı küçə yoxdur.

“İki sahil”in "news.am"a istinadla verdiyi xəbərə görə, bu barədə Ermənistan polisi  məlumat yayıb.

Məlumatda deyilir: “Polis ictimai asayişin qorunması və təhlükəsizliyin təmin edilməsi funksiyalarını layiqincə yerinə yetirməkdədir”. 

Xatırladaq ki, İrəvanda və Ermənistanın regionlarında hakimiyyətin Azərbaycanla sərhədin delimitasiyasına qarşı vətəndaşın etiraz aksiyaları keçirilir.