26 aprel 2024 16:17
232

ABŞ Çinə sanksiyalar tətbiq etməyə hazırdır - Blinken

ABŞ Dövlət katibi Antoni Blinken Rusiyaya ikili təyinatlı malların tədarükünü dayandırmayacağı təqdirdə Çinə qarşı məhdudlaşdırıcı tədbirlər görməyə hazır olduqlarını bəyan edib.

“İki sahil” bu barədə "Kommersant"a istinadla xəbər verir.

 O qeyd edib ki, bu mövzu Çin Xalq Respublikasının sədri Si Cinpin və xarici işlər naziri Van İ ilə danışıqlarda da müzakirə olunub.

“Bugünkü müzakirələr zamanı mən ÇXR-dən Rusiyanın Ukraynaya təcavüzünü gücləndirən komponentlərlə bağlı ciddi narahatlığımızı təkrarladım. Çin tərəfindən heç bir tədbir görülməsə, biz hərəkətə keçməyə tam hazırıq”, - deyə Dövlət katibi mətbuat konfransında bildirib.

Blinken ABŞ-ın bundan əvvəl də Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq etdiyini xatırladıb.