26 aprel 2024 19:06
493

Çilinin Ətraf Mühit naziri ilə görüş

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkilat komitəsinin üzvləri Çilinin Ətraf Mühit naziri Maisa Roxas ilə görüş keçirib.

“İki sahil” xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.

“COP-un əvvəlki təşkilatçısı kimi Çili Bakıda COP29 üçün iş prosesinin qurulmasında əvəzsiz tərəfdaş olacaq”, - paylaşımda qeyd olunub.