27 aprel 2024 12:48
224

İranın Əfqanıstanla bir sərhədi bağlanıb

İranın şimal-şərqində yerləşən Cənubi Xorasan vilayətinin Mahirud sərhəd gömrüyü bağlanıb.

“İki sahil” xəbər verir ki, bununla əlaqədar İranın Gömrük Administrasiyası məlumat yayıb.

Məlumata görə, Mahirud sərhəd xidmətinin elan etməsi ilə Mahirud sərhəd gömrüyündən yük maşınların keçidi dayandırılıb.

İran Gömrüyündən qeyd edilib ki, Mahirud sərhəd-gömrüyünün tranzit yük maşınlarının keçidində böyük əhəmiyyət kəsb etdiyinə görə, İran Xarici İşlər Nazirliyi və Cənubi Xorasan valiliyi sərhədin yenidən fəaliyyətə başlamasına çalışırlar.

Qeyd edək ki, Əfqanıstan 25 apreldə 6 iranlı sərhədçinin qanunsuz olaraq ölkəsinin ərazisinə keçməsini əsas gətirərək, sərhədçiləri həbs edib. Həmin gün bir neçə saatdan sonra iki tərəf arasında razılaşma əsasında iranlı sərhədçilər azad edilib.