27 aprel 2024 13:45
259

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb -  FOTO

ABŞ-ın Nebraska, Ayova və Texas ştatlarında baş verən güclü tornado nəticəsində azı üç nəfər xəsarət alıb.

“İki sahil” CNN telekompaniyasına istinadla xəbər verir ki, ən ağır vəziyyət 485 min nəfərin yaşadığı Omaha şəhərinin şimal-qərbindəki ərazilərdə müşahidə edilir. Burada yüzlərlə evə zərər dəydiyi bildirilir.

Qeyd edək ki, ABŞ meteorologiya xidmətinin məlumatına görə, cümə günü başlayan tornado bazar gününədək davam edəcək. Şənbə təbii fəlakətin ən ağır günü ola bilər. Eyni zamanda ABŞ-ın mərkəzi hissəsi güclü yağıntılarla üzləşib.