09 may 2024 11:56
268

Strateji qüvvələrimiz hər zaman döyüş hazırlığındadır - Putin

Rusiya prezidenti Vladimir Putin Qırmızı Meydanda keçirilən Qələbə Paradında çıxışı zamanı ölkənin strateji qüvvələri daimi olaraq döyüşə hazır vəziyyətdədir. Eyni zamanda o, qeyd edib ki, Rusiya qlobal toqquşmanın qarşısını almaq üçün hər şeyi edəcək.

“İki sahil” xəbər verir ki, bu haqda “Kommersant” məlumat yayıb.

“Biz hər hansı dövlətin və ya ittifaqın müstəsnalıq iddialarını rədd edirik. Bu cür ambisiyaların hədsizliyinin nəyə gətirib çıxardığını bilirik. Rusiya qlobal münaqişənin qarşısını almaq üçün hər şeyi edəcək. Lakin heç kimin bizi hədələməsinə imkan verməyəcəyik. Strateji qüvvələrimiz hər zaman döyüş hazırlığındadır”, - deyə Putin bildirib.