27 aprel 2024 23:23
284

Fransız doktrinası nüvə silahından istifadəyə icazə verir

"Fransız doktrinası həyati maraqlara təhdidlərin olduğu hallarda nüvə silahından istifadəyə icazə verir".

“İki sahil” xəbər verir ki, ​bunu Fransa prezidenti Emmanuel Makron deyib.

Onun fikrincə, raketdən müdafiə, uzaqmənzilli silahlar, eləcə də nüvə silahlarına malik olan və ya ərazisində Amerika nüvə silahı olan ölkələrin iştirakı ilə müzakirələrin vaxtı çatıb: "Biz bütün bunları müzakirə etməli və başa düşməliyik ki, Fransa öz doktrinasının xüsusiyyətlərini qoruyacaq, lakin Avropanın müdafiəsinə daha çox töhfə verməyə hazırdır".

Məhərrəm Ağalaroğlu, “İki sahil”