10 may 2024 13:27
263

İrəvan və bölgələrdə bir sıra avtomobil yolları bağlanıb

“Vətən naminə Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın çağırışı əsasında paytaxt İrəvan və bölgələrdə bir sıra avtomobil yolları bağlanıb.

“İki sahil”in  “Aysor”a istinadən xəbər verir ki, Ermənistan-İran dövlətlərarası avtomobil yolunun Yeğeqnadzordan keçən hissəsi bağlanıb.

Eyni zamanda, bir qrup vətəndaş Ararat vilayətindən İrəvana girişi bağlayıb.

İrəvanda da bir qrup vətəndaş bəzi yollar bağlanıb.

Qeyd edək ki, bu gün səhər saat 10:00-dan etibarən Ermənistanda itaətsizlik aksiyaları başlayıb.

Tavuş yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının tərəfdarları Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası prosesini dayandırmaq üçün Kirantsdan İrəvana yürüş ediblər.

Mayın 9-da yürüş iştirakçıları İrəvanın Respublika meydanına çatıb və burada böyük aksiya keçirilib. Hərəkatın lideri Baqrat Qalstanyan Baş naziri Nikol Paşinyana istefa vermək üçün bir saat vaxt versə də, lakin bu baş tutmayıb. Bundan sonra o, mayın 10-da bütün respublikada dinc itaətsizlik aksiyalarına başlamağa çağırıb.