29 aprel 2024 22:54
281

Qondarma erməni “soyqırımı” iddiası və reallıq

Türkiyə dövləti tarixin bütün dönəmlərində öz qonşuları ilə dostluq, həmrəylik şəraitində yaşamış, dar günlərində onlara yardımçı olmuş, adət-ənənələrinə hörmətlə yanaşmışdır. Hətta əsrlər boyu qitədən-qitəyə qovulan ermənilərə qarşı da humanistlik nümayiş etdirmiş, öz torpağında onlara sığınacaq vermiş, rahat yaşamasına şərait yaratmışdır. Ermənilər burada çoxalmış, Anadolu və Qafqaz türklərinin ərazisində dövlət qurmaq iddiasına düşmüş və bunun üçün özlərinə havadarlar axtarmağa başlamışlar. Rus çarlığı bu havadarlığı həyata keçirmiş, Türkmənçay sülh müqaviləsi ilə Azərbaycan türklərinin ərazisində özlərinə dövlət yarada bilmişlər. Bununla kifayətlənməyən ermənilər “Dənizdən-dənizə” şüarını irəli sürərək öz ərazilərini genişləndirmək arzularını həyata keçirmək üçün yollar axtarmağa başladılar. Ötən əsrin əvvəllərində Türkiyə dövləti xarici qəsbkarlara qarşı vuruşduğu zaman onlar bu şəraitdən istifadə edib türk ordusuna arxadan zərbə vurmağa başladılar. Bu işdə türk ordusunda xidmət edən yüksək rütbəli Andronik Ozanyanın yaratdığı və rəhbərlik etdiyi erməni batalyonları fəallıq göstərdilər. Bunlar təkcə türk əsgərlərinə arxadan zərbə vurmaqla kifayətlənməyib dinc əhaliyə də divan tutdular. Uşaqları,qadınları, qocaları məscidlərə və digər qapalı məkanlara doldurub diri-diri yandırdılar. Türkiyə dövləti Andronikin qoşunlarına qarşı da vuruş başlamalı oldu. Ölkədən onların təmizlənməsi əməliyyatını həyata keçirməyə başladı. Bu zaman əli türk uşaqları, qadınları, qocalarının qanına bulaşan erməni cəlladları xaricə qaçmağa üz tutdular. Onların çoxu Gürcüstanın Borçalı mahalından keçməklə Rusiyaya üz tutdular. Bu cinayətkarların bir qismi meşə yolu ilə Bolnisi rayonunun ermənilər məskunlaşan Xaçın kəndinə doluşdular. Onları təqib edən türk əsgərləri kəndi mühasirəyə aldı. Türk əsgərlərinə yerli azərbaycanlılar da yardımçı olur, onları ərzaqla, atla təmin edirdilər. Bunların sırasında mənim atam da iştirak etmişdir. Onun dedikləri:

Türk əsgərləri Xaçın kəndinin sakinlərinə çağırış etdilər: “Əgər bir sutka ərzində əli silahlı erməni əsgərlərini silahları ilə birgə təhvil verməsəniz, siz də cəzalandırılacaqsınız.” Ertəsi gün kənd sakinləri əli silahlıları türk əsgərlərinə təhvil verdilər. Beləliklə də, türk əsgərləri bir nəfər də olsun dinc erməni sakininə toxunmadılar.

Atamın iştirakçısı olduğu ikinci hadisə haqqında söhbəti:

Əli türk uşaqları, qocaları, qadınlarının qanına bulaşan ermənilər dəmir yolu vasitəsilə də Rusiyaya qaçmağa çalışırdılar. Bundan xəbər tutan türk əsgərləri Marneuli rayonunun Şulaveri stansiyasını nəzarətə götürdülər. Qatar Şulaveri yaxınlığındakı sərt döngədə sürətini azaldarkən bir türk zabiti maşinist otağına daxil olub qatarı saxlamağı əmr etdi. Qatar dayanan kimi türk əsgərləri onu mühasirəyə aldılar. Bütün sərnişinləri vaqonlardan boşaldaraq əlisilahlıları həbs etdilər. Uşaqları, qadınları, qocaları yerli ermənilərə təhvil verdilər. Beləliklə, Gürcüstanda, Türkiyədə bir nəfər də olsun dinc erməni sakininə toxunulmadı.

Azəri türk əsgərləri də Qarabağda antiterror əməliyyatı həyata keçirərkən Ermənistana könüllü köç edən uşaqlara, qadınlara, qocalara necə qayğı göstərərək onlara qida məhsulları, su, şirələr payladıqları əsgərlərimizin humanizmini dünyaya bəyan etdi. Bax, budur türk xalqının humanizmi. Biz belə humanizmi ermənilərdən görmədik. Ötən əsrin əvvəllərində və sonlarında ermənilər azərbaycanlılara qarşı misli görünməmiş soyqırım törətdilər. Əsrin əvvəllərində Qubada, Şamaxıda ermənilər qəddarcasına uşaqları, qocaları, qadınları qətlə yetirdilər. Hətta gülləyə qıymayıb küt alətlərlə? mismarları insanların kəlləsinə çalmaqla onları qətlə yetirdilər.

Bu vəhşiliyi onlar ötən əsrin sonlarında da həyata keçirməyə başladılar. Ermənistandan azərbaycanlılar doğma yurdlarından kütləvi şəkildə qovuldu. Qarabağın zəbt etdikləri kəndlərindən qışın qarlı, şaxtalı vaxtında dinc əhalini çöllərə tökdülər. Xocalıda və digər rayon və kəndlərdə misli görünməmiş soyqırımı törətdilər. İnsanların əl-ayaqlarını bağlayıb diri-diri basdırdılar. Bunu son vaxtlar aşkar edilən kütləvi məzarlıqlar da sübut edir. Ermənilərin qanına hopan belə qəddarlıqlar haradan qaynaqlanır? Cavab: Onların yalan təbliğatından, Eçmiədzin kilsənin, məktəblərin revanşizm ideyaları ilə zəhərlənməsindən, ana yasalarında da əks edilən qəddarlıqlardan!

Bizim məktəblərimizdə Təhsil qanununda öz əksini tapan humanizm prinsipləri əks olunduğu halda, erməni müəllimi sinfə bir müqəvva ilə girərək, söyləyir ki, “bu türkdür, kim buna ən qəddar cəza təklif etsə, o əla qiymət alacaqdır”.

Eşitdiyim, gördüyüm bir neçə faktı da oxucuların diqqətinə çatdırmaq istəyirəm. İkinci Dünya müharibəsindən salamat qayıdan bir eloğlum cəbhə xatirələrini danışırdı. O deyirdi ki, almanlar geri çəkilərkən biz Berlinə daxil olduq. Şəhəri hitlerçilərdən təmizləmək üçün əməliyyat keçirirdik. Birdən bir evdən altı-yeddi yaşında bir uşaq küçəyə çıxdı. Mənimlə bərabər addımlayan erməni əsilli əsgər onu nişan alıb yerə sərdi. Uşaq başı kəsilmiş beçə kimi özünü oyan-buyana çırpırdı. Mən ürək ağrısı keçirdiyim halda, o qəhqəhə çəkib gülürdü.

İkinci hadisə mənim özümlə əlaqədardır. 1975-ci ildə Moskvada təkmilləşmə kursunda idim. Kursu bitirdikdən sonra hər bir dinləyici elmi mövzuda çıxış etməli idi. Mənim də mövzum beynəlmiləlçiliyə aid idi. Çıxışımı başa çatdırdıqdan sonra bir erməni qadın mənə irad tutdu ki, beynəlmiləlçi olmaqdan əvvəl millətçi olmaq lazımdır! Bərəkallah, belə erməni “ziyalısına”!

Ermənilərin türklərə qarşı soyqırımı SSRİ dövründə də davam etdirildi. Sovetlər birliyi dövründə siyasi Büroda məsul vəzifə tutmuş Anastas Mikoyanın rəhbərliyi ilə türklərin soyqırımı siyasi müstəviyə qaldırıldı. 1922-ci ildə bolşeviklər partiyası xalqları öz məngənəsində saxlamaq üçün Sovet Sosialist Respublikaları İttifaqı yaratmağa dair qərar qəbul etdi. O zaman Ermənistan ərazisində ermənilərin sayı milyondan az olduğu üçün onlara müttəfiq respublika statusu verilmirdi. Mikoyanın təşəbbüsü ilə Qərbi Azərbaycanın Lori, Calaloğlu, Pənbək və s. bölgələrinin azərbaycanlılar yaşayan bölgələri, bütün Zəngəzur mahalı Ermənistanın tərkibinə qatıldı və sonradan azərbaycanlıların oralardan kütləvi surətdə vəhşicəsinə deportasiya olunması başlandı. İnsanlar yollarda, vaqonlarda həyatlarını itirirdilər.

Mikoyanın rəhbərliyi ilə bu deportasiya siyasəti Gürcüstanın Axalsıxa, Adgün, Aspinza, Bağdanovka rayonlarında yaşayan axıska türklərinə qarşı da törədildi. Bu rayonlardan kütləvi şəkildə köçürülən axıska türkləri Qazaxıstan, Orta Asiya çöllərinə səpələndilər. Onların çoxu vaqonlarda, səhralarda həyatını itirdilər. Bu bölgələrə Mikoyanın rəhbərliyi ilə ermənilər yerləşdirildi. Sonralar ermənilər buranı da erməni ərazisi kimi qələmə almağa başladılar.

Sonda mən erməni xalqına müraciət edirəm: Siz SSRİ-nin zəiflədiyini hamıdan tez hiss edib, xalqlar arasına nifaq saldınız, qırğınların, müharibələrin başlanmasına səbəb oldunuz! Havadarlarınızın fitvası ilə yenə də qan-qan deyirsiniz! Bəsdir başqalarının əlində oyuncağa çevrildiniz! Rahat yaşamaq istəyirsinizsə, qonşu dövlətlərlə əməkdaşlıq etməyə başlayın! Erməni soyqırımı yalanlarından, ərazi iddialarından əl çəkin!

Kərim Məmmədov,
Bakı Slavyan Universiteti, pedaqoji elmlər doktoru, professor