29 aprel 2024 19:45
289

Sumqayıtda itkin düşən məktəbli tapılıb

Sumqayıtda bu gün itkin düşən 12-ci mikrorayon sakini 9 yaşlı Yasin Hüseynli tapılıb.

“İki sahil” xəbər verir ki, bu barədə azyaşlının ailəsi məlumat verib.

Qeyd olunub ki, məktəblini xalası oğlu Sumqayıt şəhər 28 nömrəli məktəbin həyətindən tapıb.

Qeyd edək ki, azyaşlı Qubadlı rayon Mehman Ağayarov adına Kavdadıq kənd tam orta məktəbinin üçüncü sinif şagirdidir.