Şəmkir rayonu Kür qəsəbəsində ağır yol qəzası olub.
“İki sahil” xəbər verir ki, Şəmkir rayon sakini, 1985-ci il təvəllüdlü Aslan Kirovun idarə etdiyi “BMW” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneə çırpılıb.
Hadisə nəticəsində nəqliyyat vasitəsində olan sərnişin dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.