30 aprel 2024 14:17
249

"Mançester Yunayted"də qalacaqlar

“Mançester Yunayted”in rəhbərliyi yay transfer pəncərəsi üçün yeni planların üzərində işləyir.

“İki sahil” xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb. Klub bir neçə futbolçu ilə yolları ayırmağı və qazanılan pulla yeni transferlər etməyi planlaşdırır.

Həmçinin "Mançester Yunayted" rəhbərliyi komandada saxlamaq istədiyi futbolçuların adlarını da müəyyənləşdirib. Sözügedən oyunçular cinah yarımmüdafiəçisi Alehandro Qarnaço, yarımmüdafiəçi Kobbi Mainu və hücumçu Rasmus Hoylunddur. Bu futbolçuların nə olursa, olsun, başqa klublara transfer olunmayacağı qeyd edilir.

19 yaşlı Qarnaço bu mövsüm "Mançester Yunayted"in heyətində 45 oyun keçirib, 9 qol vurub və 5 qolun ötürməsini edib. 19 yaşlı Mainunun aktivində 27 oyun, 3 qol və 1 qol ötürməsi var. 21 yaşlı Hoylund 38 oyunda 14 qol vurub, 2 qolun ötürməsini verib.