30 aprel 2024 21:49
289

BSU-nun rektoru“Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib.

“İki sahil” xəbər verir ki,  medal Elm və təhsil naziri Emin Əmrullayev tərəfindən rektora təqdim edilib. Anar Nağıyev sosial şəbəkə hesabından yüksək təltif münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə təşəkkür edib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilməyim məni hədsiz qürurlandırır! Cənab Prezidentə hədsiz minnətdaram! 
Ulu Öndər Heydər Əliyevin memarı olduğu qalib Azərbaycan Respublikasının vətəndaşı olmaq şərəflidir!”.