Gürcüstan Daxili İşlər Nazirliyi paytaxt Tbilisidə asayişin bərpası üçün xüsusi vasitələrdən istifadə edib.
“İki sahil” xəbər verir ki, mitinq iştirakçılarına hökumətin inzibati binasına yaxınlaşmağa imkan verilməyib.
Buna baxmayaraq, etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalar atıblar.
DİN bir daha siyasi liderləri, aksiya təşkilatçılarını və iştirakçılarını mitinq və nümayişlər üçün qanunla müəyyən edilmiş normaları aşmamağa çağırıb.