01 may 2024 09:09
216

Fələstinyönümlü etirazların olduğu Kolumbiya Universitetində polisin mayın 17-dək qalması istənilib

ABŞ-nin Kolumbiya Universitetinin prezidenti Minuş Şafik Nyu-York Polis Departamentinə məktub göndərərək asayiş keşikçilərinin mayın 17-dək kampusda qalmalarını xahiş edib.

“İki sahil” xəbər verir ki, sənəd universitetin saytında dərc olunub.

Mayın 15-də diplomların verilməsi mərasimi planlaşdırılır. Rektor hesab edir ki, polisin olması “asayişi qoruyacaq və çadır düşərgəsinin bərpasına mane olacaq”.

Xatırladaq ki, Nyu-York polisi Kolumbiya Universitetinin “Hamilton-holl” kampusunun ətrafındakı ərazini mühasirəyə alıb və daha əvvəl Fələstin tərəfdarları və tələbələr tərəfindən ələ keçirilmiş binaya basqın edib.

ABŞ-nin keçmiş prezidenti Donald Tramp polisin dağıtmağa çalışdığı Nyu-Yorkdakı Kolumbiya Universitetində fələstinyönümlü etirazlarla bağlı Amerika lideri Cozef Baydenin hərəkətsizliyini tənqid edib.