01 may 2024 09:37
240

ABŞ-da avtobusla qatarın toqquşması nəticəsində 55 nəfər xəsarət alıb

ABŞ-ın Los-Anceles şəhərində qatarın Cənubi Kaliforniya Universitetinə məxsus avtobusla toqquşması nəticəsində 55 nəfər xəsarət alıb.

“İki sahil” xəbər verir ki, bu barədə “USA Today” məlumat yayıb.

Məlumata görə, toqquşma zamanı qatarda təxminən 150 nəfər, avtobusda isə iki nəfər olub. Zərərçəkənlərdən 18-i tibb müəssisələrinə çatdırılıb. Yaralılardan ikisinin vəziyyəti ağır, qalanlarının vəziyyəti isə qənaətbəxşdir.

Polis hadisənin təfərrüatlarını araşdırır.