01 may 2024 11:17
251

Ukrayna Təhlükəsizlik Xidməti Kiyevdə əks-kəşfiyyat əməliyyatı həyata keçirir

Ukrayna Təhlükəsizlik Xidməti Kiyevin Şevçenko rayonunda əks-kəşfiyyat əməliyyatı həyata keçirir.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu haqda Ukrayna xüsusi xidmət orqanlarının bəyanatında deyilir.

“Əsas əməliyyat yerləri arasında Sofiya və Mixaylovskaya meydanları və ətraf ərazilər var. Tədbirlərin əsas məqsədi mühüm dövlət obyektlərinin və insanların toplaşdığı yerlərin təxribat əleyhinə mühafizəsini yoxlamaq və gücləndirməkdir”, - məlumatda deyilir.

Qeyd olunur ki, yoxlamalar idarələrdə, binalarda və ictimai yerlərdə aparılır.

Bundan əvvəl xidmət Ukrayna Pravoslav Kilsəsinin Svyatogorsk Lavra rahibəsi Arseni saxlayıb.