01 may 2024 11:53
249

Voronej vilayətində hava hücumundan müdafiə sistemləri üç PUA vurub

Rusiyanın hava hücumundan müdafiə sistemləri ötən gecə ərzində Voronej vilayətində üç Ukrayna PUA-sını vurub.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu haqda regionun qubernatoru Aleksandr Qusev məlumat verib.

“Gecə bölgədə biri Voronej ətrafı da daxil olmaqla üç pilotsuz uçuş aparatı aşkar edilərək vurulub. Xəsarət alan olmayıb”, - deyə o bildirib.

Bundan əvvəl bölgədə PUA hücumu təhlükəsi elan edilmişdi.

Kursk vilayətinin qubernatoru Roman Starovoit hava hücumundan müdafiə qüvvələrinin gecə saatlarında Medvenski rayonunda Ukraynaya məxsus təyyarə tipli PUA-nı vurduğunu bildirib.