01 may 2024 13:36
250

Gürcüstanın düşmənləri ölkədə sabitliyin pozulmasını və xaos arzulayırlar - Tbilisinin meri

Gürcüstanın düşmənləri respublikada sabitliyin pozulmasını və xaos istəyirlər.

“İki sahil”  RT-yə istinadla xəbər verir ki, bu fikirləri Tbilisi meri Kaxa Kaladze bildirib.

O, ötən gecə xarici agentlər haqqında qanunun qəbuluna qarşı çıxan polislə etirazçılar arasında baş verən iğtişaşları və toqquşmaları belə şərh edib.

“Bu ölkənin düşmənləri Gürcüstanda sabitliyin pozulması və xaos istəyir”, - Kaladze deyib. Mer kütləvi iğtişaşların qarşısını aldıqları üçün Daxili İşlər Nazirliyinin əməkdaşlarına təşəkkür edib.

“Əgər Gürcüstan əhalisi hakimiyyəti dəyişmək istəyirsə, bu, çevrilişlə deyil, seçki yolu ilə baş verməlidir, - deyə, şəhər rəhbəri vurğulayıb.

Qeyd edək ki, ötən gecə Gürcüstan polisi parlament binası yaxınlığında keçirilən aksiyada 63 nəfəri saxlayıb. Nümayişçilərin dağıdılması zamanı 6 polis əməkdaşı yaralanıb.