02 may 2024 08:27
222

Bakıda avtomobil 63 yaşlı qadını vurub

Bakının Suraxanı rayonunda 63 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“İki sahil” xəbər verir ki, 1961-ci il təvəllüdlü Səfərova Ceyran Abdulla qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.