02 may 2024 09:09
472

Bu gün Yasamalda qaz olmayacaq

Bu gün Bakının Yasamal rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Yasamal rayonu, Dadaş Bünyadzadə və Əsəd Əhmədov küçələrində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə mayın 2-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri görülən müddətdə Dadaş Bünyadzadə və Əsəd Əhmədov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.