02 may 2024 10:43
229

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində iqtisadi müxtəlifliyin təmin edilməsi müzakirə olunub

Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Müasir inkişaf tendensiyalarının və iqtisadi müxtəlifliyin təmin edilməsində mədəni və yaradıcı sənayelərin əhəmiyyəti" mövzusunda panel iclas baş tutub.

“İki sahil” xəbər verir ki, təbirdə "Stirling" Fondunun prezidenti, eləcə də UNESCO, "British Council", Finlandiya və Türkiyədən olan nümayəndələr iştirak ediblər.

Onlar panel iclasda mədəniyyət, kommunikasiya, kreativ sənət növləri və incəsənətlə mədəniyyətlərarası dialoqa verilə biləcək töhfələrdən danışıblar.

Bakının sözügedən məsələlərdə aparıcı və fəal şəhərlərdən biri olduğu nəzərə çatdırılıb. Həmçinin, Azərbaycanın dayanıqlı sülhün təşviqinə və xalqlar arasındakı ayrı-seçkiliklə mübarizəyə töhfə vermək üçün bu cür tədbirlərə ev sahibliyi etməsinin önəmi vurğulanıb.