02 may 2024 10:59
206

Kolumbiya Prezidenti İsraillə diplomatik əlaqələri kəsdiyini AÇIQLADI

Kolumbiya prezidenti İsraillə diplomatik əlaqələri kəsdiyini açıqlayıb.

“İki sahil” bu barədə TASS-a istinadla xəbər verir. 

Kolumbiya prezidenti Qustavo Petro Qəzzada baş verənlərlə əlaqədar mayın 2-də İsraillə diplomatik münasibətləri kəsdiyini bəyan edib.

Kolumbiya lideri mayın 1-də Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik Günü münasibətilə keçirilən tədbirdə çıxış edərək bildirib ki, İsraillə diplomatik münasibətlər “onun prezidenti və hökuməti soyqırım törətdiyinə görə kəsiləcək”. Onun fikrincə, Fələstin ölsə, bəşəriyyət öləcək.

"Kolumbiya buna icazə verə bilməz”, - deyə prezident Q.Petro qeyd edib.

İsrailin xarici işlər naziri İsrael Kats Kolumbiya rəhbərliyinin İsraillə diplomatik münasibətləri kəsmək qərarına münasibət bildirərkən ölkələr arasında əlaqələrin həmişə isti olduğunu vurğulayıb və ani qərarların bunu dəyişmədiyini diqqətə çatdırıb. Eyni zamanda o, prezident Qustavo Petronu antisemit adlandırıb.

XİN rəhbəri İ.Kats bildirib ki, Kolumbiya hökuməti İsrailə qarşı radikaldır , Fələstinin Həmas hərəkatının hücumlarını pisləmir.