02 may 2024 11:12
221

Odessa yenidən azad şəhərə çevriləcək - Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, yaxın gələcəkdə Odessa yenidən həqiqətən azad şəhərə çevriləcək.

“İki sahil” xəbər verir ki, bu haqda RT məlumat yayıb.

“Əminik ki, Odessanın müasir banderovçuların boyunduruğundan qurtularaq yenidən əsl azad şəhərə çevriləcəyi, müxtəlif millətlərin nümayəndələrinin sülh və harmoniya şəraitində yaşayacağı gün uzaqda deyil”, - Zaxarovanın şərhini Rusiya Xarici İşlər Nazirliyinin saytı xəbər verir.

Bundan əvvəl Dövlət Dumasının sədri Vyaçeslav Volodin demişdi ki, nasizmlə mübarizə Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının məqsədlərindən biridir və buna mütləq nail olunacaq.