02 may 2024 15:59
280

Gözəl görünmək istəyən XANIMLARIN DİQQƏTİNƏ!

Hər hansı bir üz baxımı məhsulu onun diqqətlə seçilməsini tələb edir. Bəs xanımlarımız üzləri üçün hər hansı baxım, eləcə də makiyaj vasitələri aldıqda nələrə diqqət etməlidir?

Həlim-kosmetoloq Nigar Rüfət "İki sahil"ə açıqlamasında xanımları maraqlandıran suala cavab verdi.

Kosmetoloq qeyd etdi ki, üz baxımında yaxşı nəticələr əldə etmək və ya dərinizin vəziyyətini yaxşılaşdırmaq istəyirsinizsə bəzi qaydalara əməl etmək vacibdir. İstənilən qayğı 3 əsas mərhələni əhatə edir: 

- Təmizləmə
- Nəmləndirici
- Qidalanma

Hər bir mərhələ ciddi ardıcıllıqla davam etməlidir. Əgər dəriyə qulluq üçün kosmetik vasitələrdən heç vaxt istifadə etməmisinizsə və ya dərinizə düzgün qulluq etməyin yolları haqqında çox az təsəvvürünüz varsa, bu məsləhətlər sizə üzünüzə düzgün qulluq etməyin yollarını öyrədəcək. Əvvəlcə aşağıdakı qaydaları başa düşməlisiniz:

- Qulluq müntəzəm və gündəlik olmalıdır - Səhər və axşam olmaqla gündə 2 dəfə. Üz kremi, losyon və ya serum tətbiq etməzdən əvvəl dəri hazırlanmalı və təmizlənməlidir. Məhsulları təmizlənməmiş dəriyə tətbiq etsəniz, losyon, krem ​və ya serum tərkibindəki qidalar və faydalı maddələr dərinizə tam təsir göstərə bilməyəcək, nəticədə onların effektivliyi azalacaq və istədiyiniz nəticəni görməyəcəksiniz əksinə zərər görmə ehtimalınız daha çox olacaq.

Yaqut Ağaşahqızı, "İki sahil"