04 may 2024 12:27
245

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

İspaniyada ənənəvi öküz döyüşləri - korrida üzrə milli mükafat ləğv edilib.

“İki sahil” xəbər verir ki, İspaniya Mədəniyyət Nazirliyi heyvanlara qarşı amansız davranışa görə mükafat verilməsini qeyri-etik hesab edib. Hakimiyyət nümayəndələrinin sözlərinə görə, dövlət fondundan korrida yarışlarına medallar və pul mükafatları ayrılmasını artıq izah etmək mümkün deyil.

Qeyd edək ki, 2013-cü ildən bəri hər il matadorlara verilən mükafatın məbləği 30 min avrodur.