04 may 2024 16:06
315

U-17 millimiz UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib

Azərbaycanın 17 yaşadək (U-17) qız futbolçulardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib.

“İki sahil” xəbər verir ki, yığma Qazaxıstanla münasibətləri aydınlaşdırıb.

Qarşılaşmanın əsas vaxtında qalibi müəyyənləşdirmək mümkün olmayıb - 2:2. Penaltilər seriyasında isə rəqib komanda daha dəqiq olub.

Qeyd edək ki, U-17 turnirdə keçirdiyi ilk görüşdə Belarus millisinə 1:3 hesabı ilə uduzub.