04 may 2024 16:53
371

Hacıqabulda ağacəkmə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının təşkilatçılığı ilə 04 may 2024-cü il tarixində Hacıqabul rayonunda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib.

“İki sahil” xəbər verir ki, aksiyada Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, rayonda yerləşən idarə, müəssisə və təşkilat rəhbərləri, ərazi partiya təşkilat sədrləri və YAP fəalları iştirak etdilər.

Hacıqabul-Muğan avtomobil yolunun kənarında keçirilən ağacəkmə aksiyasında ümumilikdə 200 ağac əkildi, ərazi təmizlənərək, ağaclara aqrotexniki qulluq göstərildi.