04 may 2024 17:47
263

AK-nin Genişlənmə və Qonşuluq Siyasəti üzrə Baş direktoru Ağdama səfər edib

Avropa Komissiyasının (AK) Genişlənmə və Qonşuluq Siyasəti üzrə Baş direktoru Qert Yan Kupman Azərbaycanın işğaldan azad edilmiş Ağdam şəhərinə səfər edib.

“İki sahil” xəbər verir ki, bu barədə Kupman “X” sosial şəbəkəsindəki hesabunda paylaşım edib.

“Bu gün mən yerli minatəmizləmə ehtiyaclarını daha yaxşı öyrənmək üçün Azərbaycanın Ağdam şəhərində oldum. Avropa İttifaqının dəstəyinin cəmiyyətin həyatını necə dəyişdiyini görməkdən şadam”, - paylaşımda qeyd edilib.