04 may 2024 18:54
277

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Mayın 4-də paytaxtın Sabunçu rayonu ərazisində 1974-cü il təvəllüdlü Roman Əsgərovun almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan “İki sahil”ə bildirilib ki, aparılmış istintaqla 1966-cı il təvəllüdlü Rəşid Babayevin mayın 3-də rayonun Maştağa qəsəbəsi ərazisində Roman Əsgərova kəsici-deşici alətlə xəsarətlər yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinin istintaqı aparılır. Rəşid Babayev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam etdirilir.