04 may 2024 21:28
292

“Qarabağ” “Neftçi” oyununda 5 qol

Misli Premyer Liqasının 33-cü turu çərçivəsində “Qarabağ” “Neftçi”ni qəbul edib.

“İki sahil”in məlumatına görə, qarşılaşmanın 12-ci dəqiqəsində Nəriman Axundzadə hesabı açıb. 41-ci dəqiqədə isə Toral Bayramov fərqi iki topa yüksəldib.

Leandro Andradenin 66-cı dəqiqədə ağdamlıların üstünlüyünü üç topa çatdırdığı yarışın 77-ci dəqiqəsində N.Axundzadə özünün ikinci, komandasının dördüncü qolunu vurub.

Oyunda son nöqtəni 85-ci dəqiqədə Abdullah Zubir qoyub – 5-0.

Misli Premyer Liqası,

33-cü tur

4 may

19:30. “Qarabağ” 5–0 “Neftçi”

Qollar: Nəriman Axundzadə, 12, (1-0), Toral Bayramov, 41, (2-0), Leandro Andrade, 66, (3-0), Nəriman Axundzadə, 77, (4-0),  Abdullah Zubir, 85, (5-0)

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Kamran Bayramov, Fərid Hacıyev

Azersun Arena

Məhərrəm Ağalaroğlu, “İki sahil”