05 may 2024 00:09
301

"Real" 36-cı dəfə İspaniya çempionu oldu

İspaniya La Liqasında 2023/2024 mövsümünün qalibi müəyyənləşib.

“İki sahil” xəbər verir ki, bu, "Real"dır. Madrid təmsilçisi  La Liqanın  33-cü turunda "Kadis"ə 3:0 hesabı ilə qalib gəlib və xalını 87-yə yüksəldib. "Real"ın ən yaxın izləyicisi "Barselona" isə "Jirona"ya məğlub olub - 2:4. Bu görüşdən sonra "kral klubu" çempionluğu rəsmiləşdirib. Karlo Ançelottinin baş məşqçisi olduğu komanda turnirin başa çatmasına 4 tur qalmış rəqibləri üçün əlçatmaz olub. Beləliklə, "Real" tarixində 36-cı dəfə ölkə çempionu tituluna yiyələnib.

Qeyd edək ki, "Jirona" qələbə ilə turnir cədvəlində 74 xalla 2-ci pilləyə yüksəlib. "Barselona" isə 73 xalla 3-cü pilləyə enib.